Dünya

"Əgər bu çoxalmanı dayandırmasaq, yayın ortasında xəstəliyin pik həddində olacağıq"

26 İyun 2020 16:03
Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki koronavirusun pik həddinin, gündəlik yoluxma sayının artmasının qarşısının alınmayacağı təqdirdə, yayın ortalarında olacağını bildirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, daha əvvəl Ukrayna Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma hallarının yenə də artdığını bildirmişdi. Ötən gün ərzində daha 994 nəfərin virusa yoluxduğu, 16 nəfərin ölümü qeydə alınıb.

Zelenskinin sözlərinə görə, bəzi bölgələrdə artıq yataqların yarıdan çoxu dolub və xəstələrin sayı günbəgün artır. Əgər bu çoxalmanı dayandırmasaq, yayın ortasında xəstəliyin pik həddində olacağıq. Hər kəs üçün pis olacaq. Sonra heç kim karantinin yumşaldılmasına sevinməyəcək.

Ölkənin Səhiyyə naziri Maksim Stepanov gündəlik xəstəlik sayının artmasının karantin pozuntuları ilə əlaqədar olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.