Dünya

Qorxunc HADISƏ: Yeddi aylıq uşaq qazanda boğuldu - FOTO

26 İyun 2020 20:53
0 Şərh     Baxış: 2 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib.

Milli.Az bildirir ki, iyunun 24-də polis bölməsinə kənd evlərinin birində mətbəxdə su qabının içində uşaq meyiti aşkarlandığına dair məlumat daxil olub.

Hadisə yerinə gələn polis uzunluğu 30 sm qazanın içərisində yeddi aylıq uşaq meyiti aşkarlayıb.

İlkin ehtimallara görə, uşaq boğulub, ancaq dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

Uşağın valideynləri Özbəkistandan Rusiyaya köçüblər. Uşağın 29 yaşlı atasının sözlərinə görə, o, tarlada işləyirdi, 23 yaşlı ana isə həmin vaxt oğlu ilə olub, lakin 10 dəqiqəlik çıxıb.

Hər iki şəxs saxlanılıb. Valideynlərin qeydiyyat problemi var, uşağın isə ancaq doğum haqqında şəhadətnaməsi olub.

Hadisə ilə bağlı istintaq başladılıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.