Dünya

İranda hərbi baza yaxınlığında qaz partlayıb

26 İyun 2020 08:59
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Pardis rayonunda yerləşən hərbi baza yaxınlığında qaz partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi deyib.

Bildirilib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, hadisə nəticəsində hərbi qurğulara da ziyan dəyməyib.

Hazırda təcili yardım xidmətləri hərbi obyektlərin yaxınlığında partlayışdan sonra baş verən yanğını söndürməyə bacarıb.

Partlayışın səbəbləri barədə məlumat veriləmyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.