Dünya

İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

25 İyun 2020 20:54
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını iyulun 7-dək uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadağa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.

İsveç koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq qadağasını martın 19-da bir ay müddətinə tətbiq etmişdi. Daha sonra qadağa mayın 15-i və iyunun 30-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsveçdə 62 mindən çox şəxs koronavirusa yoluxub, 5 209 nəfər ölüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.