Dünya

BMT: 2018-ci ildə dünyada 269 milyon insan narkotiklərdən istifadə edib

26 İyun 2020 07:11
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə dünyada 269 milyon insan kannabis, kokain, tiryək və sintetik narkotik vasitələrdən istifadə edib. Bu, 2009-cu illə müqayisədə 30 faiz çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin narkotik vasitələr və cinayətkarlıq məsələləri üzrə idarəsinin dərc etdiyi "Narkotiklər haqqında ümumdünya məruzəsi - 2020"də yer alıb.

Ekspertlərin sözlərinə görə, 269 milyon insanın 35,6 milyonuna narkotikdən asılılıq səbəbindən tibbi yardım tələb olunub. İstifadə edilən narkotiklər arasında artıq dozası əksər hallarda ölümlə nəticələnən opioidlər (heroin və tiryək) daha təhlükəli sayılır. Ən çox yayılan narkotik isə kannabisdir. Bütün dünya üzrə 192 milyon insan ondan istifadə edib. Kannabisdən istifadənin ən çox yayıldığı ölkə ABŞ-dır. Onun ardınca Böyük Britaniya, İtaliya və Almaniya gəlir.

2018-ci ildə dünyada 5610 ton kannabis, 1131 ton kokain, 704 ton tiryək, 228 ton metamfetamin, 139 ton heroin və morfin, 21 ton amfetamin və 12 ton ekstazi müsadirə edilib.

Məruzədə, həmçinin qeyd olunur ki, hazırda müxtəlif ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirləri narkotiklərin qıtlığına, keyfiyyətinin aşağı düşməsinə və qiymət artımına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.