Dünya

Parisdə iki məktəb epidemiyaya görə yenidən bağlanıb - COVID-19

25 İyun 2020 11:09
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisin 4-cü rayonunda "Renard" və 12-ci rayonunda "Lamoriciere" məktəblərində müəllim və şagirdlərdə koronavirus aşkarlandığı üçün həmin təhsil müəssisələri yenidən bağlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Milli Təhsil üzrə Dövlət Xidməti və Regional Səhiyyə Agentliyi məlumat yayıb. Bildirilib ki, adətən bir şagird və ya bir müəllimdə koronavirus aşkarlananda, aidiyyəti sinif şagirdləri karantinə alınır. Ancaq yuxarıda sadalanan məktəblərdə eyni vaxtda bir neçə müəllim və şagirddə virus aşkarlandığı üçün məktəblər bağlanıb.

Xatırladaq ki, iyunun 22-dən Parisdə məktəblərin açılması məcburidir və şagirdlərin 83 faizi, müəllimlərin isə 90 faizi yenidən məktəbə qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.