Dünya

Pilotların koronavirus barədə söhbətə başı qarışıb, qəza nəticəsində 99 nəfər ölüb

24 İyun 2020 21:36
Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay Pakistanın Kəraçi şəhərində sərnişin təyyarəsinin qəzasına pilotların koronavirus barədə söhbətə başının qarışması səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin aviasiya naziri Qulam Sərvər Xamn bildirib.

Onun sözlərinə görə, təyyarədə hər hansı texniki nasazlıq qeydə alınmayıb.

Təyyarənin səsyazan qurğularının təhlilindən sonra məlum olub ki, pilotlar dispetçerlərin xəbərdarlıqlarına baxmayaraq, koronavirus barədə söhbətə davam edib və təyyarənin idarə edilməsinə nəzarəti azaldıblar.

Xatırladaq ki, həmin qəza nəticəsində 99 nəfər həlak olmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.