Dünya

Bu ölkə hökuməti hərəkət azadlığını məhdudlaşdıra bilər - Vəziyyət nəzarətdən çıxarsa...

24 İyun 2020 13:04
Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar vəziyyət ciddiləşərsə, İspaniya hökuməti ölkənin müəyyən hissəsində və ya bütün ərazisində vətəndaşların sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasına dair qərar qəbul edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İspaniyanın Baş Naziri Karmen Kalvo söyləyib.

Uesk bələdiyyəsi koronavirusun yayılma tempinin bir neçə dəfə artması səbəbindən daha ciddi karantin rejiminə qayıtmalı olacaq. İnfeksiyanın yeni yayılma tempi əvvəlcə meyvə plantasiyalarının işçiləri arasında, daha sonra ailələrdə aşkarlanıb. Son üç gündə 50 yoluxma halı qeydə alınıb.

"2-ci faza"ya qayıdış restoranlarda (bardan istifadə etmədən) 50 faizə, hovuzlarda isə üçdəbir dəfəyə qədər məhdudlaşdırılmış giriş icazəsini nəzərdə tutur.

Həyəcan vəziyyətini tənzimləyən qanun hökumətə imkan verir ki, müəyyən şəraitlərdə, epidemiya ilə bağlı səhiyyə sahəsində yaranmış böhran halları da daxil olmaqla, həmin qanunu "milli ərazinin bütün və ya bəzi hissələrində" də elan etsin. Ölkə hakimiyyəti karantin rejiminin yenidən tətbiq olunmaması üçün İspaniya vətəndaşlarını sanitar-epidemioloji tədbirlərə riayət etməyə çağırır.

İspaniyada bu günə kimi 293 min 584 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 28 min 324 nəfər isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.