Dünya

Supermarketin vitrinlərini yalayan koronaviruslu qadın həbs olundu - FOTO

23 İyun 2020 14:39
Baxış: 10 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda koronavirus olduğunu iddia edərək supermarketin vitrinlərini yalayan qadın saxlanılıb. 

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Liverpul şəhərində yerləşən "Tesco" supermarketinin vitrinlərini yalayan 45 yaşlı Amanda Welch həbs olunub.

Supermarketin işçi heyətini koronavirusa yoluxdurmaqla hədələyən qadın əlindəki iynə ilə mühafizəçini qorxudub. O, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Britaniya koronavirusa yoluxanların sayına görə beş, ölənlərin sayına görə isə üçüncü yerdədir.

Milli.Az qadının fotolarını təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.