Dünya

İspaniyanın Baş Naziri: Karantin 450 min nəfərin xilas edilməsinə kömək olub

22 İyun 2020 17:39
Baxış: 1 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun baş qaldırması səbəbindən İspaniyada mart ayında tətbiq olunan karantin rejimi 450 minə yaxın insan həyatının xilas edilməsinə kömək olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hökumət sədri Pedro Sançes müstəqil elmi tədqiqatlara istinadla bəyan edib.

Elə həmin tədqiqatların göstəricilərinə görə, karantin Avropada 3 milyon nəfərin koronavirusdan xilas edilməsinə kömək olub.

Bazar günü İspaniyada yüksək hazırlıq rejimi başa çatıb və ölkə təhlükəsizlik tədbirlərinə riayət etmək şərtilə adi həyatına qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.