Dünya

Türkiyə İraqın şimalına əlavə qüvvələr göndərib

21 İyun 2020 21:00
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə İraqın şimalına "Pəncə-Pələng" antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Bizim qəhrəman xüsusi təyinatlılarımız "Pəncə-Pələng" antiterror əməliyyatına qoşulmaq üçün sərhədi keçiblər".

Göndərilən xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.