Dünya

ABŞ hələlik xarici vətəndaşları ölkəyə buraxmaq niyyətində deyil

21 İyun 2020 15:24
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar hələlik xarici ölkə vətəndaşlarının ABŞ-a gəlməsinə icazə verməyi planlaşdırmır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi bildirib. Onun sözlərinə görə, Prezident Donald Tramp vəziyyətə nəzarət edir, lakin hazırda hakimiyyətin səyahətlə bağlı epidemioloji məhdudiyyətləri ləğv etmək planı yoxdur.

ABŞ Avropada koronavirus infeksiyasının yayılmağa başladığı mart ayının ortalarından Şengen zonasından ölkəyə gələnlər üçün qadağa tətbiq etmişdi. Əvvəlcə bu məhdudiyyətlər 30 gün müddətinə nəzərdə tutulsa da, sonradan Avropa ölkələrində epidemioloji vəziyyətin normallaşacağı dövrə qədər uzadılıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytının bu günə olan məlumatına əsasən, ABŞ-da 2 milyon 297 min 360 yoluxma və 121 min 407 ölüm faktı qeydə alınıb, 956 min 77 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 1 milyon 220 min xəstədən 16 min 533-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.