Dünya

Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxub

21 İyun 2020 12:18
Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata görə, Gürcüstanda COVID-19-a yoluxanların sayı 906-ya çatıb.

Yoluxanların artıq 755-i sağalıb, 14-ü isə vəfat edib. Hazırda 137 nəfər xəstəlikdən müalicə olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.