Dünya

Böyük Britaniyada baş verən qırğın terror aktı kimi qiymətləndirilib

21 İyun 2020 09:03
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis İngiltərənin Readinq şəhərində naməlum şəxs tərəfindən törədilən qırğını terror aktı kimi qiymətləndirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Sky News bildirib.

Daha əvvəl hüquq-mühafizə orqanları şübhəli şəxsin tutulduğunu deyib, o həbs edilib. Saxlanılan şəxsin kimliyi, hücumun motivləri və digər detallar hələlik məlum deyil.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər yerindəcə ölüb, daha iki nəfər ağır yaralanıb və son dərəcə ağır vəziyyətdədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.