Dünya

Spirtli içki tapa bilməyən meymun iki yüz əlli nəfərə hücum etdi, bir nəfəri öldürdü

21 İyun 2020 03:30
0 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda bir meymun 250 nəfərə hücum edərək bir nəfəri öldürüb.

Milli.Az xəbər verir ki, Kalua adlı meymun göz həkimin ev heyvanı olub. Sahibi heyvana hər gün spirtli içki verərək, onu buna öyrəşdirib. Sahibi öldükdən sonra içki aludəçisi olan meymun küçəyə çıxaraq yerli sakinlərə qorxulu anlar yaşadıb.

Məlumata görə, meymunun  təcavüzkar davranışından ən çox qadın və azyaşlılar əziyyət çəkiblər. Kalua onların üzünü cırmaqlayıb. İndi onların çoxu plastik cərrahların köməyinə ehtiyac duyur.

Sonda meymun mütəxəssislər tərəfindən tutularaq, Kanapurdakı zooparkda qəfəsə yerləşdirilib.

Mütəxəssislər onun aqressiv davranışının sahibinin onu ət ilə bəsləməsi olduğunu düşünürlər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.