Dünya

Çində ötən sutka ərzində 27 nəfərdə koronavirus aşkarlanıb

20 İyun 2020 09:29
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 23-ü isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (22) və Hebey əyalətində (1).

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 352 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.