Dünya

ABŞ-da daha 1,5 milyon insan işsizlik müavinəti üçün müraciət edib

19 İyun 2020 22:25
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha 1,5 milyon amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat cümə axşamı günü ABŞ Əmək Nazirliyinin həftəlik hesabatında yer alıb. Hesabatda bildirilir ki, ümumilikdə 1 milyon 508 mini yeni ərizə qeydə alınıb, bu da əvvəlki həftə ilə müqayisədə 58 min azdır. Əksər iqtisadçıların proqnozlarına görə, yeni müraciətlərin sayı 1,3 milyona çatmalı idi.

Nazirliyin ötən həftənin nəticələrinə dair daha 24 min ərizənin əlavə olunduğu hesabatına yenidən baxılıb. Beləliklə, işsizlik səviyyəsi dəyişməyərək 14,1 faiz həddində qalıb.

Koronavirus pandemiyası başlayandan bəri 44 milyondan çox amerikalı, artıq onlardan çoxunun öz işlərinə qayıtmasına baxmayaraq, işsizlik müavinəti almaq üçün müraciət edib. Nazirliyin bundan əvvəlki hesabatına görə, may ayında ABŞ-da daha 2,5 milyon iş yeri açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.