Dünya

Bu ölkədə bir gündə 1463 nəfər COVID-19-a yoluxub

19 İyun 2020 16:24
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 1463 nəfər virusa yoluxub, 83 nəfər həyatını itirib.

Nazirliyin məlumatında qeyd olunur ki, ümumilikdə İraqda 25 min 717 nəfər koronavirusa yoluxub, 856 xəstə vəfat edib.

İraqda sərt karantin rejimi davam edir. Ölkədə ali və orta ixtisas məktəbləri, beynəlxalq və daxili təyyarə reysləri təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.