Dünya

Sakit okeanda ikinci dalğa gəlir - Minlərlə insan bir gündə...

19 İyun 2020 14:36
Baxış: 2 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ötən aydan bəri normallaşma prosesinə keçid edən Asiya-Sakit okean ölkələrində yenidən artmağa başlayıb.

Milli.Az xəbər verir ki, İndoneziyada xəstəliyin ortaya çıxmasından bəri ən yüksək yoluxma sayı qeydə alınıb.

Ölkədə son 24 saat ərzində 1331 nəfər koronavirusa yoluxub. Bununla da ümumi say 42 min 762-yə çatıb. 63 nəfər dünyasını dəyişib və ölüm sayı 2 min 339 olub. Bu günədək 16 min 798 nəfər sağalıb.

Hökumət rəsmiləri normallaşma çərçivəsində pandemiyanın yayılmasına qarşı gigiyenik qaydalara əməl edilməsi, sosial məsafənin qorunması, maska taxılması kimi tədbirlərə riayət etmək çağırışları səsləndirir.

Yeni Zelandiya

Virusun yayılmasına qarşı gördüyü fövqəladə tədbirlər sayəsində ən az itki verməyi bacaran və dünyaya nümunə olan Yeni Zelandiya hazırda xaricdən gələn 3 nəfərin müalicəsi ilə məşğul olur. Ölkədə virusa yoluxan 1507 nəfərdən 1482 nəfəri sağalıb. 22 nəfər ölüb.

Yaponiya

Yaponiyada son sutka ərzində 67 nəfər virusa yoluxub. Ümumilikdə, xəstəliyə düçar olan 18 min 468 nəfərdən 950-si ölüb.

Malayziya

Malayziyada bu günədək 8 min 529 nəfər koronavirusa yoluxub, onlardan 8 min nəfəri xəstəliyə qalib gəlib. Son 4 gündür xəstəlik səbəbilə dünyasını dəyişən olmayıb. Hazırda 408 aktiv xəstə var. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.