Dünya

Misirdə daha 73 həkim COVID-19-un qurbanı olub

19 İyun 2020 09:14
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə pandemiya dövründə 73 həkim yeni növ koronavirusun qurbanı olub. Bu barədə Təbiblər Həmkarlar İttifaqları məlumat yayıb. Məlumatdan qeyd olunur ki, ölkədə COVID-19-a yoluxan həkimlərin ümumi sayı 430 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 18-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, son sutkada bu ölkədə daha 88 pasiyent COVID-19-un qurbanı olub, həyatını itirənlərin ümumi sayı isə 1938 nəfərə çatıb. Bundan başqa, son sutka ərzində koronavirusa 1218 yoluxma qeydə alınıb. Ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların ümumi sayı 50 min nəfərdən çoxdur.

Həmçinin son 24 saat ərzində Misirin karantin xəstəxanalarında saxlanılan 387 pasiyent sağalıb və beləliklə, xəstəlikdən şəfa tapanların ümumi sayı 13 min 508 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.