Dünya

Robert Koçaryan azadlığa buraxıldı

18 İyun 2020 18:36
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Robert Koçaryan apellyasiya məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.Koçaryanın vəkilləri onu azad etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin qərarından şikayət bildirmişdi.

Sabiq prezident 4,1 milyon dollar girov məbləğində azad edilib.

Xatırladaq ki, R.Koçaryan 2018-ci ildə 2008-ci il mart ayında baş verən etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edilmişdi. R.Koçaryan iki dəfə həbsdən azad edilsə də, ötən il yenidən həbs olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.