Dünya

Bu şirkətdə 10 minədək iş yeri ixtisar oluna bilər

19 İyun 2020 07:12
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Air France" hava yolları şirkətində lazımi ixtisarlar aparılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Fransanın İqtisadiyyat naziri Brüno Lö Mer ölkənin hava yolları şirkətində 8 mindən 10 minədək iş yerinin ixtisara düşməsi ilə bağlı suala cavabında deyib.

İxtisarların qaçılmaz olduğunu bildirən nazir vurğulayıb ki, ixtisarlar zərurətdir, çünki son aylar itkilər hədsiz dərəcədə çox olub: "Həmişə olduğu kimi aydın danışacağam. "Lufthansa" aviaşirkətində 22 min, "British Airways"də 12 min iş yeri ixtisara salınacaq. Hava yolları 80 faizdən 90 faizə qədər ziyana düşüb. Dərhal normal həyata qayıtmaq, xüsusilə də hava nəqliyyatı sektorunda mümkün deyil. Əgər sabah "Air France" iflas edərsə, 7 milyard avro göyə uçur və buna mən cavabdehəm. Şirkət əvvəlki kimi mənfəət əldə etməlidir".

Xatırladaq ki, ötən həftə İqtisadiyyat naziri aviasiya sektoruna 18 milyard avro ayrıldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.