Dünya

Cənubi Koreyanın Birləşmə naziri istefa vermək qərarını açıqlayıb

17 İyun 2020 17:59
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Respublikasının Birləşmə naziri Kim Yon Çhol KXDR-lə münasibətlərin gərginləşməsi fonunda istefa vermək barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kim Yon Çhol bu barədə Seul şəhərində keçirilən mətbuat konfransında deyib. "Koreyalararası münasibətlərin pisləşməsinin məsuliyyətini öz üzərimə götürərək postumu tərk etmək qərarına gəlmişəm", - deyə nazir bildirib.

O, həmçinin Koreya vətəndaşlarının yarımadada sülh və tərəqqi barədə arzularını həyata keçirə bilmədiyi üçün üzrxahlıq edib və bir qədər əvvəl istefa vermək qərarı barədə prezident administrasiyasını məlumatlandırdığını bildirib.

Kim Yon Çhol 2019-cu il aprelin 8-dən etibarən Şimali Koreya ilə münasibətlərə məsul olan quruma rəhbərlik edir.

Xatırladaq ki, iyunun 16-da Şimali Koreyanın hakimiyyət orqanları Koreya Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının KXDR ərazisinə təbliğat vərəqələri göndərməsinə cavab olaraq Keson şəhərində yerləşən əlaqə ofisini partladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.