Dünya

Tramp Amerika polisində islahat haqqında fərman imzalayıb

17 İyun 2020 17:14
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp polis əməkdaşları tərəfindən hüquqazidd əməllərin aşkar edilməsi və departamentlərin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tramp bu fərmanın imzalanması barədə bəyanatla Ağ evdə çıxış edərkən polisi tərifləyib və deyib ki, polis təşəkkürə layiqdir. Bununla bərabər, o qeyd edib ki, qanun və qayda bütün ölkədə bərpa olunmalıdır və onun administrasiyası bunun üçün nə mümkündürsə edəcək.

Corc Floydun Minneapolisdə polislər tərəfindən saxlanması zamanı ölümündən sonra artıq iki həftə idi ki, həm demokratlar, həm də respublikaçılar hüquq mühafizə orqanlarının fəaliyyətlərində islahatlar keçirilməsini tələb edirdilər. Prezidentin sözlərinə görə, o, polis ilə münaqişə zamanı həlak olmuş bir neçə insanın ailələri ilə görüşüb. Ağ evin rəhbəri həlak olanların ailələrinə müraciətlə deyib ki, bütün millət onların kədərinə şərikdir.

Tramp administrasiyasının fərmanında polisin maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmur. Bu cür çağırışlar ümummilli etiraz hərəkatı tərəfindən dəstəklənir. Prezident bəyan edib ki, polis zabitinin həyatı təhlükədə olduğu hallar istisna olunmaqla polislər tərəfindən boğma fəndlərinin tətbiq edilməsi qadağan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.