Dünya

Çin koronavirusun yeni epidemiya riski barədə xəbərdarlıq etdi

17 İyun 2020 17:09
Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun yeni epidemiya riski çox yüksəkdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bir sıra çinli epidemioloqlar bildirir. Onların sözlərinə görə, paytaxt Pekində infeksiya artım mərhələsindədir.

Qeyd olunur ki, növbəti günlər virusun yayılmasının anlaşılması baxımından əhəmiyyət daşıyacaq.

Bundan başqa, koronavirus infeksiyasının Tokioda yenidən yayılması müşahidə olunub. Mütəxəssislərin fikrincə, bu, dünyada təkrar epidemiya riskini artırır.

Xatırladaq ki, bir neçə gün əvvəl Pekində bazarların birində yeni koronavirus ocağı aşkar edilmişdi. Orada olan şəxslər təcrid edilmiş, şəhərin bəzi rayonlarında hərbi rejim elan olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.