Dünya

ABŞ Çin və Hindistan arasındakı vəziyyətin sülh yolu həllini dəstəkləyir

17 İyun 2020 13:34
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Çin və Hindistan arasındakı vəziyyətin sülh yolu həllini dəstəkləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentinin məlumatında deyilir: "Faktiki nəzarət xətti boyunca Hindistan və Çin qüvvələri arasındakı vəziyyəti yaxından izləyirik. Həm Hindistan, həm də Çin, deeskalasiya istəyini ifadə etdilər və biz hazırkı vəziyyətin sülh yolu ilə həllini dəstəkləyirik".

Xatırladaq ki, daha əvvəl Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmaların baş verdiyi bildirilirdi. "ANİ" informasiya agentliyinin məlumatına əsasən, toqquşmalar zamanı 20 Hindistan əsgəri həlak olub, Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb, tərəflər daş və dəyənəklərdən istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.