Dünya

Hindistan və Çin qarşılıqlı olaraq qoşunlarını geri çəkiblər

17 İyun 2020 08:33
0 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan və Çin daha əvvəl toqquşmaların baş verdiyi Şərqi Ladaxda olan qoşunlarını geri çəkiblər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın quru qoşunlarının məlumatında deyilir.

Məlumatda bildirilir: "Hindistan və Çin iyunun 15-dən 16-na keçən gecə toqquşmaların baş verdiyi Qalvan rayonundan qoşunlarını geri çəkiblər. Vəzifə borcunu yerinə yetirərkən toqquşmalarda ağır yaralanmış və dağlıq ərazilərdə aşağı temperaturlara məruz qalmış 17 hind hərbçi aldıqları xəsarətlərdən vəfat ediblər. Toqquşmalar zamanı ölənlərin sayı 20 nəfərə çatıb. Hindistan ordusu ərazi bütövlüyünün və millətin suverenliyinin qorunmasına sadiqdir".

Xatırladaq ki, daha əvvəl Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmaların baş verdiyi bildirilirdi. "ANİ" informasiya agentliyinin məlumatına əsasən, toqquşmalar zamanı Çin tərəfindən 43 əsgər ölüb və ya ağır yaralanıb. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb, tərəflər daş və dəyənəklərdən istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.