Dünya

Türkiyə İraqın şimalında PKK-ya qarşı daha bir əməliyyata başlayıb

17 İyun 2020 08:30
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Pələng" antiterror əməliyyatına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, Türkiyənin xüsusi təyinatlıları hava əməliyyatı zamanı Haftanin bölgəsinə daxil olublar. Xüsusi təyinatlılar Hərbi Hava Qüvvələrinin, ATAK hərbi helikopterlərinin, sadə və döyüş PUA-larının dəstəyi ilə hərək edirlər.

Bildirilir ki, əməliyyat Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.