Dünya

Qonşusuna söz atdı, 300 lari cərimələndi

17 İyun 2020 01:30
0 Şərh     Baxış: 1 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmereti bölgəsində qonşusuna sözlü təcavüz edən şəxsə cərimə tətbiq olunub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, İmereti bölgəsinin Van rayonunda 1976-cı il təvəllüdlü kişi 1981-ci il təvəllüdlü qadına qarşı sözlü təcavüz edib.

Daha sonra qadın polis idarəsinə bu barədə xəbər verib, Daxili İşlər Nazirliyinin əməkdaşları həmin şəxsə Cinayət Pozuntuları Məcəlləsinin 166-cı bəndinə əsasən, 300 lari cərimə tətbiq ediblər.

Xatırladaq ki, Gürcüstanda qadına qarşı sözlü təcavüz hərəkətləri 2019-cu ildən etibarən Cinayət Pozuntuları Məcəlləsinə əsasən cəzalandırılır, sözlü və ya hərəkətli təcavüz edən şəxslər 300 laridən 1000 lariyədək, və ya 10 gündən 1 ayadək həbs olunur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.