Dünya

Çin və Hindistan əsgərləri arasında atışma olub - Ölənlər var

16 İyun 2020 15:01
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinlə Hindistan sərhədində, Kəşmir bölgəsinin Ladakh şəhəri yaxınlığında iki ölkənin əsgərləri arasında atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, atışma nəticəsində üç Hindistan əsgəri həlak olub. Çin tərəfdən hər hansı bir itkinin olmadığı deyilir.

Qeyd olunur ki, insident hindistanlı hərbçilərin mübahisəli bölgədə sərhədi keçməsindən sonra başlayıb.

Hər iki ölkə nümayəndələri vəziyyətlə bağlı hərbi rəsmilər arasında danışıqlar aparıldığını deyib.

Bir müddət əvvəl Hindistan Çini bölgəyə hərbi dəstə göndərməkdə ittiham etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.