Dünya

Ukraynada aviauçuşlar bərpa edildi

15 İyun 2020 14:28
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış aviauçuşlar bərpa edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə üç aylıq fasilədən sonra hava limanları iyunun 15-dən etibarən işə başlayıb. İlk təyyarə Kiyevin Borispol hava limanından Moldovaya yola düşüb.

Bu günə, həmçinin Belçika, Belarus, Niderland, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Litvaya uçuşlar planlaşdırılıb.

Qeyd edək ki, Ukraynada bu günədək 31 mindən çox şəxs koronavirusa yoluxub. 901 nəfər ölüb, 14 mindən çox xəstə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.