Dünya

Hindistan koronavirusdan ölənlərin sayına görə Rusiya, İran və Almaniyanı keçdi

15 İyun 2020 10:09
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı 8 milyona çatır.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, dünya üzrə koronavirusa yoluxanların sayı 7,995,877-ə çatıb. 4 milyondan çox insan bu virusdan sağalıb, 435,598 nəfər Covid-19 səbəbindən dünyasını dəyişib.

ABŞ koronavirusa yoluxanların sayına görə siyahıda uzun müddətdir ki liderdir. Siyahıda ikinci yeri Braziliya, üçüncü yeri isə Rusiya tutur.

Xəstəliyin ilk yaranmağa başladığı vaxtlarda çox az yoluxma halı baş verən Hindistan siyahının dördüncü pilləsinə yüksəlib. Hindistanda koronavirusdan ölənlərin sayı (9520) Çin, Rusiya, Almaniya, Türkiyə və İrandan da çoxdur.

Qeyd edək ki, koronavirus yeni yayılmağa başlayan vaxtlarda bəzi şəxslər virusun İtaliyada yayılıb, Çinin yaxınlığında yerləşən Hindistanda yayılmamasını əsas gətirərək bunun "böyük oyun" olduğunu iddia edirdilər.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.