Dünya

Misir parlamentində deputat yerlərinin 25 faizi qadınlardan ibarət olacaq

15 İyun 2020 11:15
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir parlamentində 568 deputat yerinin 25 faizi qadınlardan ibarət olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanunverici orqanın iyunun 14-də keçirilmiş plenar iclasında bununla bağlı qanuna dəyişiklik edilib. Bundan başqa, deputatların 5 faizi seçki ilə deyil, birbaşa ölkə Prezidenti tərəfindən təyin ediləcək. Ümumilikdə, Misir parlamenti ötən il keçirilmiş Konstitusiya referendumunun yekunlarına dair deputatlar haqqında qanuna 10 yeni maddə əlavə edib və 14 dəyişikliyə səs veriblər. Deputat sayının artırılması ilə bağlı təklif isə qəbul edilməyib.

Parlament 2024-cü ildə səlahiyyət müddəti başa çatacaq Prezident Əbdülfəttah əl-Sisinin üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə verilməsi haqqında da qanun dəyişikliyini təsdiq edib. Eyni zamanda, prezidentlik müddəti altı ilə qaldırılır.

Deputatlar Misir parlamentinin yuxarı palatası - Senatın yaradılması məsələsini də müzakirə ediblər. Qanun layihəsinə görə, Senat 300 üzvdən ibarət olacaq, senatorların üçdəbiri prezident tərəfindən təyin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.