Dünya

Tramp mitinqlərə qoşulanlara koronavirus sözləşməsi imzaladacaq

14 İyun 2020 16:22
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident seçkiləri ilə bağlı Trampın mitinqlərinə qoşulacaq şəxslər koronavirus (Covid-19) sözləşməsi imzalayacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Donald Tramp ABŞ-da noyabrın 3-də keçiriləcək prezident seçkiləri hazırlıqlarına başlayıb. Onun seçki kampaniyasının ilk böyük mitinqi iyunun 20-də Oklahoma əyalətinin Tulsa şəhərində keçiriləcək.

Məlumata görə, Trampın keçirəcəyi mitinqlərə qoşulanlarla koronavirus (Covid-19) sözləşməsi imzalanacaq. Sözləşmədə mitinqə qoşulanların virusa yoluxacaqları təqdirdə şikayətçi olmayacaqları barədə öhdəlik maddəsi diqqəti çəkib.

Qeyd olunub ki, insanlar "İctimai yerdə koronavirusa yoluxma riski olduğunu" qəbul etdikləri sözləşməni imzaladıqdan sonra mitinqlərə qoşula biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.