Dünya

Koronavirus, fırtına... Sonra nə olacaq?

15 İyun 2020 17:08
Baxış: 2 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Çinin cənubuna tropik "Nuri" fırtınası yaxınlaşır.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu gün saat 10.00-da fırtına Honkonqdan 420 kilometr cənub-şərqdə olub və saatda 22 kilometr sürətlə Çinin cənub sahillərinə doğru hərəkət edir.

Proqnozlara görə, ilk zərbə bazar günü Quandun əyalətinə dəyəcək. Fırtına özü ilə tropik leysan və saatda 90 kilometrə qədər sürətlə külək gətirəcək.

Honkonqda, Makaoda, Quandun və Çinin Quansi-Çjunask muxtar bölgəsində fırtına xəbərdarlığı edilib.

Qeyd edək ki, daha əvvəl Hindistan və Banqladeşdə "əsrin fırtınası" baş vermişdi. "Amfan" fırtınası Benqal körfəzi sahilinə özü ilə güclü leysan və fırtına küləyi gətirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.