Dünya

Avropanın ən təmiz dəniz və göllərinin siyahısı açıqlanıb

13 İyun 2020 08:08
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın Ətraf Mühit üzrə Agentliyi ən təmiz və ən çirkli su hövzələrinin siyahısını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məruzəyə əsasən ən təmiz dəniz Kiprdədir. Ümumiyyətlə 2019-cu ildə 22 min 295 çimərlik üçün yararlı su hövzələri araşdırılıb. Kiprdən götürülən su nümunələri yüksək qiymətləndirilib. Eyni zamanda, Kiprdən əlavə birinci beşliyə təmizlik dərəcələrinə görə Avstriya, Malta, Yunanıstan və Xorvatiyanın su hövzələri də daxil edilib.

Ən pis nəticələr isə Polşa, Albaniya, Estoniya, Bolqarıstan və Böyük Britaniyanın su hövzələrinə məxsusdur. Burada sular çimərlik üçün ən az yararlıdır.

Qeyd edək ki, araşdırmada dəniz suyu ilə yanaşı, göl və çay suları da təhlil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.