Dünya

İtaliyada evlər 1 avroya satışa çıxarıldı

11 İyun 2020 20:31
1 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin cənubundakı Kalabriya vilayətinin Çinkuefrondi qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb.

Qəsəbənin canlandırılması ilə bağlı bu plan "Gözəllik əməliyyatı" adını alıb.

Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.

Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın Kampaniya vilayətinin Bizaçça qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı.

Mill.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.