23 yaşlı model üzv olduğu partiyaya görə azadlıqdan məhrum edilib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Buhenvald kraliçası titiuluna yiyələnən 23 yaşlı Alice Cutter nasist partiyasının üzvü olduğuna görə həbs edilib.
Məhkəmə onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
"Miss Hitler" adı ilə də tanınan Alicenin keçmiş sevgilisi də terrorçuluğun təbliğ edildiyi partiyanın üzvü olub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Buhenvald həbs düşərgəsi Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsidir. Düşərgə 1937-ci ilin iyun ayından 1945-ci ilin aprel ayına qədər fəaliyyət göstərmişdir. Buhenvald düşərgəsi əvvələr Veymar şəhəri yaxınlığında Etersburq fəhlə düşərgəsi adı ilə yaradılmışdır. Fəaliyyət göstərdiyi 8 il ərzində Buhenvald həbs düşərgəsinə 250 min məhkum gətirilmişdir. 250 min məhkumdan 11 mini yəhudi olmaqla, 56 mininin öldürüldüyü güman olunur.
İsmayıl
Milli.Az