Dünya

Şimali Koreya Cənubi Koreya ilə bütün əlaqələri dayandırdı

9 İyun 2020 14:35
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya Cənubi Koreya ilə bütün əlaqələri dayandırdığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 12:00-dan etibarən ölkələr arasında telefon rabitəsi dayandırılıb.

Bundan başqa, hərbi kanallar vasitəsilə əlaqə, eləcə də iki ölkə liderləri arasında rabitə xətti də kəsilib.

Şimali Koreya hökuməti bu addımı Cənubi Koreya tərəfindən hava şarları ilə təbliğat vərəqələrinin səpələnməsinə cavab olaraq atdığını izah edib.

Qeyd edək ki, iki ölkənin müvafiq qurumları arasında rabitə 2018-ci ildə baş vermiş dialoqdan sonra təsis olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.