Dünya

Almaniyalı nazir səhiyyə sahəsində NATO yaratmağı təklif edib

8 İyun 2020 08:28
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Səhiyyə naziri Yens Şpan COVID-19 pandemiyası kimi böhranlar zamanı qarşılıqlı dəstək üçün Avropa ittifaqı yaratmağı təklif edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Y.Şpan "Rheinische Post" qəzetinə müsahibəsi zamanı deyib.

Səhiyyə naziri bildirib: "Yeni ittifaq səhiyyə sahəsində NATO-ya oxşar ittifaq ola bilər". Onun sözlərinə görə, sürətli və effektiv yardım göstərmək üçün mütəxəssislər, həkimlər tərəfindən istifadə edilə bilən və resursları səfərbər etməyə imkan verən vahid strukturlar hazırlanmalıdır.

Y.Şpan qeyd edib ki, o, Avropanın xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzinin fəaliyyətini genişləndirmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.