Dünya

Çində sutkada 6 aktiv koronavirus xəstəsi qeydə alınıb

7 İyun 2020 08:53
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Materik Çində son 24 saat ərzində 6 yeni koronavirusa yoluxma faktı və 5 asimptomatik xəstələr qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Nazirliyi bildirib.

5 aktiv koronavirus xəstəsi xaricdən gəlib, Şanxayda isə bir daxili yoluxma hadisəsi aşkar edilib. Beş asimptomatik haldan dördü "idxal olunub".

Koronavirusla əlaqəli ölüm hadisəsi baş verməyib.

Keçən sutka ərzində 3 yeni aktiv koronavirusa yoluxma halı və 2 asimptomatik xəstə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.