Dünya

NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır

7 İyun 2020 08:06
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO koronavirus pandemiyasının ikinci dalğası vəziyyətində alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün bir plan hazırlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq bildirib: "NATO üzvlərinə və alyansla sıx əlaqəli olan tərəfdaş ölkələrə daha sürətli və daha yaxşı kömək edə biləcəyimiz üçün planlarımızı razılaşdırmalıyıq". Baş katibin sözlərinə görə, pandemiya ilə mübarizə üçün əlaqələndirilmiş hərəkətlərdən söhbət gedir.

Stoltenberq bildirib ki, konkret planlar alyasın müdafiə nazirlərinə iyunun ortalarında keçiriləcək video konfransda təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.