Dünya

May ayında ABŞ-da işsizlik dərəcəsi azalıb

7 İyun 2020 08:47
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayında ABŞ-da 2,5 milyon yeni iş yeri qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu statistika ABŞ Əmək Nazirliyinin işsizlik haqqında cümə günü dərc olunmuş aylıq hesabatında əks edilib. Bu məlumat çox bədbin proqnozlar verən iqtisadçılar üçün böyük sürpriz olub. Bir sıra analitiklər gözləyirdilər ki, aprel ayında 20 milyondan çox iş yeri itiriləndən, işsizlik dərəcəsinin rekord artımından sonra may ayında 7-8 milyon iş yeri itiriləcək.

Hesabatın müəllifləri qeyd ediblər ki, may ayında ABŞ-da işsizlik aprel ayı ilə müqayisədə 13,3 faizə qədər azalıb. Bu rəqəm 1930-cu illərdən bəri ən böyük aylıq fərq deməkdir.

Hesabatda deyilir: "May ayında asudə vaxtın təşkili və mehmanxana biznesi, tikinti, təhsil və səhiyyə sahələrində, həmçinin pərakəndə ticarətdə məşğulluq kəskin artıb. Dövlət sektorunda məşğulluğun kəskin azalması davam edib".

Bu hesabat dərc ediləndən sonra Uoll-stritdə Dou-Cons sənaye indeksinin qiyməti 1000 bənddən çox artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.