Dünya

Yaponiyada işə velosipedlə gedənlərin sayı sürətlə artır

7 İyun 2020 08:40
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar Yaponiyanın paytaxtı Tokioda və digər şəhərlərdə ictimai nəqliyyatdan imtina edərək, hərəkət üçün velosipeddən istifadə edənlərin sayı sürətlə artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tokioda yerləşən "Works Human Intelligence" informasiya texnologiyaları şirkəti fevraldan başlayaraq firmaların koronavirus pandemiyasına necə reaksiya verməsi barədə mütəmadi sorğular keçirir.

Bildirilir ki, fevral ayında sorğuya qatılan 146 firmanın əməkdaşlarının 26 faizinin işə velosipedlə gəldiyi məlum olub. Apreldə bu göstərici sorğuya cavab verən 127 firmada 46 faizə, ötən ay isə 152 firmada 64 faizə qalxıb.

Qeyd edək ki, Yaponiya dünyanın velosipeddən nəqliyyat vasitəsi kimi ən çox istifadə edən ölkələrindən biridir. Burada yaşından asılı olmayaraq, demək olar ki, hər bir sakinin fərdi velosipedi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.