Dünya

Avropa İttifaqının xarici sərhədləri nə vaxta qədər bağlı qalacaq?

7 İyun 2020 07:11
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının tövsiyəsi ilə Avropa İttifaqının sərhədləri ən azı iyulun əvvəlinə qədər bağlı qalacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa komissarı İlva Yohansson Avropa İttifaqına üzv ölkələrin Daxili İşlər nazirlərinin cümə günü axşam keçirilmiş videokonfransında Avropa İttifaqının sərhədlərinin iyul ayından tez olmayaraq açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, məhz Şengen zonasının xarici sərhədləri haqqında söhbət gedir. Daxili sərhədlər isə İttifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Cümə günü keçirilmiş videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-inə qədər qadağa qoyulmuşdu. İndi isə, görünür, bu qadağanın müddətini daha yarım ay uzadacaqlar.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (Daxili İşlər nazirlərinin) ümumi fikiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.