Dünya

Baş Nazir öldürülən afroamerikalı üçün diz çökdü

6 İyun 2020 16:12
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.