Dünya

DƏHŞƏTLİ CİNAYƏT: Davanı ayırmaq istəyən qadını başından vurub ÖLDÜRDÜLƏR

7 İyun 2020 07:20
0 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda Bağcılar məhəlləsində əlinə silah alıb keçmiş sevgilisinin yanına gedən şəxs cinayət törədib.

Milli.Az xəbər veri ki, adı narkotika satışında hallanan V.T (şərti) axşam saatlarında keçmiş sevgilisi P.A-nın (şərti) yanına gələrək onunla danışmaq istəyib. Sözləri düz gəlməyən cütlük dalaşmağa başlayıblar.

Qadının rəfiqəsi Miray Yılmaz onları ayırmağa çalışıb. V.T-nin əlində olan silahdan atılan atəş Mirayın baş nahiyəsinə dəyib, yerə yıxılıb. O, yerindəcə həyatla vidalaşıb.

Cinayəti törədən V.T hadisə yerindən qaçıb.

Hadisədən sarsıntı keçirən P.A polisə zəng edib, yardım istəyib.

Hazırda V.T-nin tapılması istiqamətində axtarışlar davam etdirilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.