Dünya

ABŞ Çin aviaşirkətlərinə qoyduğu qadağanı ləğv etdi

6 İyun 2020 16:22
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinin ölkə limanlarına uçuşuna qoyulan qadağanı ləğv edib. Qərarın iyunun 16-da qüvvəyə minməsi gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çində koronavirusun yayılmasının azalması hava nəqliyyatı ilə səyahət edən sərnişinlərin sayıni artırıb. Belə ki, ötən cümə günü Çin aviaşirkətləri 11 333 reys həyata keçirib və 1 milyon 36 min sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə reyslərin sayının cəmi 38,5% azalması deməkdir.

İyunun 4-də Çin həftədə bir dəfə xarici aviaşirkət uçuşları üçün ölkənin ən böyük şəhərlərindəki bir sıra hava limanlarının açılacağını elan etdikdən sonra ABŞ müvafiq qadağanı ləğv edib.

Qeyd edək ki, son zamanlar iki ölkə arasında münasibətlər koronavirus pandemiyası fonunda pisləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.