Dünya

Fırıldaqçı falçı yaşlı qadının "cadu"sunu təmizləyib, onu soydu

7 İyun 2020 07:00
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada fırıldaqçı qadın təqaüdçünü aldadaraq, ona edilən "cadu"nu təmizləməyi söz verib.

Milli.Az xəbər verir ki, dələduz falçı, küçədə 80 yaşlı qadına yaxınlaşaraq ona "cadu" olunduğunu deyib. Fırıldaqçı, tezliklə bu lənət götürülmədiyi təqdirdə qadının öləcəyini deyərək öz "xidmətini" ona təklif edib. Bu zaman onlara digər bir qadın da yaxınlaşaraq, falçıya onun "cadu"sunu təmizlədiyinə görə ölümdən döndüyü üçün təşəkkür edib. Bundan sonra 80 yaşlı təqaüdçü bunların həqiqət olduğuna inanaraq, "cadu"nun təmizlənməsi üçün dələduz falçıya 370000 rubl (təxmini 9000 AZN) verib.

Daha sonra aldadıldığını başa düşən yaşlı qadın polisə şikayət edib. Şübhəlilər polis tərəfindən nəzarətə alınıblar. Bunlar 1974 və 1966-cı il təvəllüdlü 2 qadın olub. Faktla bağlı cinayət işi açılıb. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.