Dünya

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

6 İyun 2020 15:11
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az Sputnik International-a istinadla bildirir ki, Hindistanda karantin qaydalarına riayət etməyən şəxslər ciddi şəkildə cəzalandırılırlar.

Hindistanın Rajasthan ştatının Jodhpur şəhərində çəkilən kadrlar qalmaqala səbəb olub. Belə ki, kadrlarda polis əməkdaşlarının maska taxmayan Mukesh Kumar Prajapat adlı şəxsi təpikləməsi əks olunub. Polis onu yerə yatırıb, sonra da diziylə sıxıb.

Görüntülər ABŞ-da afroamerikalı Corc Floydun ölümünü xatırladıb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxanların sayına görə altıncı yerdədir. Burada polis maskasız çölə çıxanları qamçılayır, döyür və ya cərimələyir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.